Millət vəkili “HOMS” üzvləri ilə görüşüb
09.10.2015 14:45 Sosreaksiya 2229

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) üzvləri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb.
Azərbaycanda fəaliyyət göstərən “HOMS”un dəvəti ilə təşkilatın toplantısında iştirak və çıxış edən millət vəkili Qənirə Paşayeva quruma yeni rəhbərliyə gələn Pakistanın ölkəmizdəki səfiri X.Osman Qayserin xanımı Asima Qayseri təbrik edib. Xanım Asima Qayser millət vəkili Qənirə Paşayeva təşəkkür edərək təşkilatın özəl hədiyyəsini təqdim edib və bundan sonra da hər zaman təşkilatla əməkdaşlıq edəcəyini və dəstəyini əsirgəməyəcəyinə inandığını deyib.
Tədbirdə çıxış edən millət vəkili “HOMS”un hər il keçirdiyi xeyriyyə yarmarkası, İçərişəhərdə 30-dan artıq ölkə nümayəndəsinin iştirak etdiyi, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirləri və mətbəx nümunələrinin sərgi-satışı, həmçinin milli musiqi və rəqslər nümayiş olunduğu tədbirlərin, xeyriyyə tədbirlərinin gözəl addım olduğunu bildirib və xanımlara bu istiqamətdə fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra keçdiyi yol, əldə etdiyi nailiyyətlər, Azərbaycan qadınlarının cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu gün multukulturalizm sahəsində dünyanın bir çox ölkələrinə gözəl örnək olduğunu deyib. Azərbaycanda müxtəlif xalqların və dini icmaların təmsilçilərinin hər zaman mehriban yaşadığını deyən millət vəkili Qənirə Paşayeva ölkə rəhbərliyinin yeritdiyi siyasətdə bu məsələyə hər zaman böyük önəm verildiyini xüsusi vurğulayıb. Millət vəkili təşkilatın bölgələrdə məktəblilərin, böyüyən gənclərin müxtəlif ölkələri, onların mədəniyyətini daha yaxşı bilməsi üçün tədbirlərin, görüşlərin və onlara, məktəblərə, kitabxanalara ölkələrlə bağlı kitabların, materialların, filmlərin hədiyyə edilməsinin önəmindən danışıb və təkliflə çıxış edib. O, təmsil etdiyi Tovuz rayonuna xanımları dəvət edərək orada bu cür görüşlərin gənclər üçün önəmindən danışıb. Millət vəkilinin təklifləri səfir xanımları tərəfindən müsbət qiyməntləndirilib. Q.Paşayeva tədbir çərçivəsndə bir sıra ölkələrin səfir xanımları ilə geniş müzakirələr də aparıb.
Şərhlər