Hacı İbrahimdən açıqlama - "Heç bir problemim yoxdur"

09.10.2015 18:10     Sosreaksiya     1756

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİMİ) borcun ödənilməsinə görə “Azər-Ross İK” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

“Azər-Ross İK” Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu “Avesta” konserninin tərkibinə daxil olduğuna görə Reaksiya.az tanınmış iş adamından olaya münasibət öyrənib.

Onun sözlərinə görə, bu şirkətin başqa sahibi var və “Avesta” ilə heç bir bağlılığı yoxdur: “Ümumiyyətlə, mənim FHN-in qurumu ilə heç bir problemim yoxdur”.

Qeyd edək ki, iddia olunan borcun məbləği açıqlanmır.

Şərhlər