Bakıda daha bir marşrut xətti istifadəyə verilir
10.10.2015 01:08 Sosreaksiya 1553
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində optimallaşdırılma işləri davam etdirilir. Belə ki, Bakıda daha bir marşrut xətti istifadəyə verilir.
10 oktyabr 2015-ci il tarixindən paytaxtda yeni – 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayacaq. 4 saylı marşrut avtobusunun hərəkət istiqaməti "Nərimanov" metro stansiyası - "Gənclik" metro stansiyası - Azadlıq pr. - "28 May" metro stansiyası - Xətai pr. olacaq.
Şərhlər