İŞİD İraqda 200 dinc sakini girov götürdü

10.10.2015 10:07     Sosreaksiya     1754

İŞİD terror qruplaşmasının silahlıları İraqın Kərkük vilayətində 200 dinc sakini girov götürüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə əz-Zab rayonunda baş verib.

Girov götürülənlər İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda təqsirli bilinirlər.

Qeyd edək ki, bir müddət əvvəl İraqın hökumət qüvvələri yerli özünümüdafiə birləşmələri ilə birgə İŞİD-in Kərkükdəki mövqelərinə hücum edərək 50-dək yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

Şərhlər