Baş redaktor həbs edildi

10.10.2015 10:05     Sosreaksiya     1812

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə şübhəli bilinən qəzetin baş redaktoru həbs edilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, “Today's Zaman” qəzetinin baş redaktoru Bülənt Keneş İstanbuldakı ofisində saxlanılıb.

Məlumata görə, həbsə səbəb onun “Twitter” səhifəsindəki yazıları olub.  Bülənt Keneş bütün ittihamları rədd edərək, heç kimi təhqir etmədiyini bildirib.

Qeyd edək ki, B.Keneş bu ilin iyununda analoji ittihama görə şərti olaraq 21 ay müddətinə azadlıqdan məhrum edilmişdi.  

Şərhlər