Qvatemalada ölənlərin sayı 253 nəfərə çatdı - Torpaq sürüşməsi

10.10.2015 10:14     Sosreaksiya     1882

Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsinin qurbanlarının sayı artmaqda davam edir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 213-ə çatıb, 356 nəfər itkin düşmüş hesab olunur.

Xilasedici xidmət əməkdaşlarının sözlərinə görə, yerli hökumət təbii fəlakət qurbanlarının hamısının cəsədlərinin tapılmasına çalışacağına söz verib.

Xatırladaq ki, torpaq sürüşməsi yağan intensiv yağışlardan sonra oktyabrın 1-də baş vermişdi. Nəticədə paytaxt Qvatemala ətrafında yerləşən Santa-Katarina qəsəbəsində 120 ev tamamilə məhv olmuşdu. 

Şərhlər