ABŞ-da universitetə silahlı hücum - 1 ölü, 1 yaralı

10.10.2015 12:42     Sosreaksiya     1972

ABŞ-ın Hyuston şəhərində yerləşən Cənubi Texas Universitetində silahlı hücum həyata keçirilib. Nəticədə bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.

Reaksiya.az xəbər verir ki, Cənubi Texas Universitetinin rektoru Con Rudley silahlı hücumda həyatını itirən şəxsin universitetin birinci kurs tələbəsi olduğunu deyib.

Polis rəsmiləri hücumda yaralanan şəxsin xəstəxanaya qaldırıldığını və vəziyyətinin yaxşı olduğunu bildirib.

Silahlı hücumla bağlı iki şübhəli həbs olunub.

Hücum universitetin tədris korpusunda yerləşən tələbə yataqxanasının yanındakı parkda meydana gəlib.

Şərhlər