Bazar gününə olan hava proqnozu

10.10.2015 13:01     Sosreaksiya     1873

Oktyabrın 11-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı gözlənilir. 

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. 

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-17, dağlıq ərazilərdə gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Şərhlər