Cəbhədə döyüş - 6 erməni hərbçisi öldürüldü

10.10.2015 13:12     Sosreaksiya     1872

Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ordumuzun bir hərbi qulluqçusu yaralanıb.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Şərhlər