Azərbaycan əsgərinin meyiti tapıldı

10.10.2015 13:17     Sosreaksiya     2305

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu dünyasını dəyişib.

Reaksiya.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti tapılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Şərhlər