67 yaşlı məzunlar 50 ildən sonra görüşdülər

10.10.2015 13:57     Sosreaksiya     2766

Dünən  Yardımlı rayonu M.F.Axundov adına 1 saylı orta məktəbin 1965-ci il məzunlarının görüşü baş tutub.

Reaksiya.az xəbər verir ki, məzunlar buraxılışlarının 50 illik qızıl yubileylərini doğma məktəblərində təntənəli şəkildə qeyd ediblər.

Tədbirdə həyatda olan məzunlarla yanaşı onlara riyaziyyat fənnini tədris etmiş yeganə sağ qalan müəllimələri 75 yaşlı Şərqiyyə Veysova da iştirak edib.

67 yaşlı məzunlar 50 il sonra sinif otaqlarının birində şagird kimi parta arxasında əyləşiblər. Şərqiyyə müəllimə saçı-başı bəmbəyaz olmuş şagirdlərinə simvolik olaraq da olsa həndəsə dərsini keçib. Ömürlərinin ahıl çağında özlərini şagird kimi hiss edən məzunlar pozitiv duyğular yaşayıblar.

Qeyd edək ki, məzunları yubileyləri münasibətilə təbrik etməyə rayonun tanınmış ziyalıları və müxtəlif ictimai təşkilatlardan nümayəndələri də təşrif buyurublar. Rayonun Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən məzunlar üçün hədiyyə olaraq hazırlanmış slayd şou nümayiş olunub. Həmçinin məktəbin yuxarı sinif şagirdləri tərəfindən müəllimlərə və məktəb illərinə həsr edilmiş bədii kompozisya tədbirə rəng qatıb. 

Şərhlər