Yarmarkaya 18 ton yararsız bal buraxılmadı
10.10.2015 15:31 Sosreaksiya 1828

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda təşkil olunan Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına 18 ton yararsız bal buraxılmayıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, yarmarkaya gətirilən arıçılıq məhsulları müvafiq laborator yoxlamadan keçirilib: "Laborator yoxlamalar nəticəsində məlum olub ki, 18 ton bal yararsızdır və müvafiq standartlara cavab vermir".
Bundan başqa, bildirilir ki, yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib.
Şərhlər