Fahişəlik iddiası ilə yaxalanan qadın - “Rəfiqəmin qurbanı oldum” - FOTOLAR
10.10.2015 16:45 Sosreaksiya 2170
Adana şəhərində fahişəlik etmək üçün polislərlə görüşən D.K. və F.Y. adlı qadınlar otel otağında saxlanılıb.
Reaksiya.az xəbər verir ki, Seyhan rayonunda bir barda müğənnilik edən D.K.nın pul qarşılığında kişilərlə birlikdə olduğunu müəyyən edən Əxlaq Bürosunun əməkdaşları bir uşaq anası olan qadınla telefonla əlaqə qurub. Adanaya başqa bir şəhərdən gəldiklərini, əylənmək istədiklərini deyən polislər D.K.ya birlikdə olmağı təklif edib. İki nəfər olduqlarını deyən polislərə D.K. Çinarlı məhəlləsində yerləşən bir oteldə görüş verib və rəfiqəsi F.Y. ilə ora gəlib. Onlar ayrı-ayrı otaqlarda bir gecəlik əlaqə üçün polisdən 300 TL istəyib. Seriya nömrələri yazılmış pulu D.K. ilə F.Y.yə verən polislər vəsiqələrini göstərərək əməliyyata başlayıb.
Nəzarətə alınan F.Y. "Dənizi bir ildən çoxdur ki, tanıyıram. Mənə taksiçilik edən K.Y. gecə məni aradı. D.K. müştəri tapdığını, mənim də gəlməyimi istədi. K.Y. evimizin kandarından məni alıb otelə apardı. Pul qarşılığı ilə əlaqəyə daxil olacağımız zaman polis olduğunu öyrəndiyim müştərilər bizi nəzarətə aldı" sözlərini deyib.
D.K. isə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Barlarda mahnı oxuduğunu deyən qadın "Mən rəfiqəmin qurbanı oldum. Uşağım var" deyə göz yaşı töküb.
Şərhlər