"Bu, həm də Azərbaycan türklərinin acı günüdür"
10.10.2015 17:37 Sosreaksiya 1976
“Ankarada bu gün baş vermiş faciəli terror hadisəsinə görə türk millətinə, Türkiyənin cumhurbaşqanına və həlak olanların ailələrinə başsağlığı verirəm və Allahdan səbr diləyirəm”.
Reaksiya.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa öz facebook səhifəsində paylaşıb.
Türk xalqına başsağlığı verən millət vəkili, həmçinin terrorla mübarizəni gücləndirməyin vacibliyini vurğulayıb: “Bu, həm də Azərbaycan türklərinin acı günüdür və bütün Türkiyə ilə birlikdə bizlər də eyni həssaslığı yaşayırıq. Terrora qarşı mübarizənin daha qətiyyətlə aparılması vacibdir ki, bu kimi faciələr daha yaşanmasın”.
Xatırladaq ki, bu gün Türkiyənin paytaxtı Ankara şəhərində sülh mitinqinin keçiriləcəyi qatar vağzalına gedən körpü altında iki bomba partlayıb. Partlayış nəticəsində 47 nəfər həyatını itirib. Ölənlərin sayının artacağı gözlənilir.
Şərhlər