Deputatlığa namizədin qərargahına hücum edildi

10.10.2015 18:27     Sosreaksiya     1938

Bu gün deputatlığa namizəd, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Bül-bülə qəsəbəsində yerləşən seçki qərargahına naməlum şəxs tərəfindən hücum edilib.

Reaksiya.az xəbər verir ki, saat 17 radələrində özünü təqdim etməyən şəxs qərargaha daxil olaraq içəridəki plakatları cırmağa başlayıb. 10 CG 327 dövlət nömrə nişanlı “011” markalı maşınla əraziyə gələn naməlum şəxsdən kimliyi soruşulsa da, özünü təqdim etməkdən imtina edib. İsrarlı tələblərdən sonra özünü qəsəbə icra nümayəndəliyinin işçisi olduğunu deyən şəxs plakatların cırılmasını “yuxarının tapşırığı” olduğunu söyləyib. “Yuxarı” dedikdə kimi nəzərə tutduğuna gəlincə gah icra hakimiyyəti, gah da Dairə Seçki Komissiyasının (DSK) adını çəkib.

Deputatlığa namizəd Mehriban Zeynalova hadisə ilə bağlı DSK-ya rəsmi müraciət edəcəyini bildirib. 

Şərhlər