63 nömrəli marşrutun istiqaməti dəyişdirildi

12.10.2015 10:11     Sosreaksiya     2444

Paytaxtda sərnişindaşıma sahəsində optimallaşdırma işləri davam etdirilir.

Reaksiya.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, oktyabrın 12-dən paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib.

Belə ki, əvvəllər Oksford məktəbi-Elmlər Akademiyası m/s–Bakıxanov küç.–Həsən Əliyev küç.–Gənclik (5 saylı xəstəxana)–Ağa Nemətulla küç.–F.Xoyski küç.–Montin bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Oksford məktəbinin qarşısından metronun “Gənclik” stansiyasının yaxınlığına kimi fəaliyyət göstərəcək.

Şərhlər