Bakı-Sumqayıt yolunda tıxac var

12.10.2015 10:34     Sosreaksiya     1888

Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, “Bakı” futbol klubunun bazasının qarşısındakı körpüdən Şamaxinka deyilən əraziyə qədər avtomobillərin sıxlığı müşahidə olunur. Sıxlıq metronun “Avtovağzal” stansiyasının qarşısında aparılan tikinti səbəbindən yaranıb. Belə ki, Sumqayıtdan Bakıya gələn avtomobillər sözügedən ərazidə yolun daralması səbəbindən, həmin yolda sürət azalır, bu isə tıxaca səbəb olur.

Qeyd edək ki, bü cür tıxaclar Bakı-Sumqayıt yolunda həftə içi hər gün, səhər saatlarında yaranır.

Şərhlər