Ziya Məmmədovun qardaşı oğlu həbs edilib?

12.10.2015 10:22     Sosreaksiya     2422

Dünən oktyabr ayının 11-də saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun həbs edilməsilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisənin təfərrüatını öyrənmək üçün reaksiya.az  Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxlayıb.

Xidmətin əməkdaşı Ehsan Zahidov onlara belə bir məlumatın daxil olmadığını açıqlayıb.

Qeyd edək ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan "Şüşəli bazar”ın yanındakı "Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb və içəridə olan 20 nəfər, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıb.

Həbs edilənlərdən biri də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğlu olub.

Şərhlər