20 yaşlı qızdan 3 kq narkotik götürüldü - Bakıda
12.10.2015 11:33 Sosreaksiya 2282

Bakıda Bərdə sakini olan qızdan xeyli miqdarda narkotik vasitə götürülüb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Bakı şəhər Baş Polis İdarəsindən verilib.
Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Mehriban Hüseynovadan 3 kq-an artıq qurudulmuş marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər