Bakının bu qəsəbələrində sürüşmə aktivləşdi

12.10.2015 11:40     Sosreaksiya     1714

Hazırda Abşeron rayonunun Masazır qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov verib.

O, bildirib ki, Bakının Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki sürüşmə sahəsində də aktivlik qeydə alınıb.

Dəstə rəisi qeyd edib ki, Bakı Avtovağzal kompleksinin qarşısındakı sürüşmə sahəsində və Bakı və Abşeron yarımadasındakı başqa klassik sürüşmə sahələrində sabitlikdir.

Şərhlər