Gəncədə ana və azyaşlı qızı bıçaqlandı

12.10.2015 14:31     Sosreaksiya     1972

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Xarafruz Elnarə və onun 7 yaşlı qızı Xarafruz Səkinə bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən ana və övladının vəziyyəti orta-ağır qiymətləndirilir. Qadın spirtli içki qəbul edən qaynı tərəfindən bıçaqlandıqlarını deyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Şərhlər