Eynulla Fətullayev saxlanıldı
12.10.2015 17:19 Sosreaksiya 2498

Tanınmış jurnalist, haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb.
Reaksiya.az haqqın.az saytına istinadən xəbər verir ki, E.Fətullayevin rəhbərlik etdiyi çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında bu tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.
E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb. Hər üç jurnalisti hazırda polis maşınında saxlayırlar. Polis onların niyə saxlanıldıqları barədə suala cavab verməkdən imtina edir.
Şərhlər