Yaşı 100-ü ötmüş seçicilərin sayı açıqlanıb
13.10.2015 02:52 Sosreaksiya 1677

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində yaşı 100 və və yuxarı olan 564 seçici iştirak edəcək.
Reaksiya.az report.az-a istinadən məlumat verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
O deyib ki, seçki günü Azərbaycanın 257 vətəndaşı səsvermə hüququ qazanacaq: "Yəni bu seçicilərin 18 yaşı noyabrın 1-də tamam olur".
Şərhlər