Azərbaycanlını qətlə yetirən erməni azadlığa buraxılır

13.10.2015 09:55     Sosreaksiya     1964

Ermənistanda azərbaycanlını qətlə yetirərək azadlıqdan ömürlük məhrum edilmiş şəxs azadlığa buraxılır.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Ermənistanın idarələrarası komissiyası Soqomon Köçəryanın səhhətində problemlər yaranması səbəbindən cəzasının qalan hissəsindən azad edilməsi barədə qərar qəbul edib. Yekun qərar məhkəmə iclasından sonra veriləcək.

Onun ağır ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Dağlıq Qarabağ müharibəsinin iştirakçısı S. Köçəryan 1995-ci ildə İran vətəndaşı olan azərbaycanlını qətlə yetirdiyi üçün barəsində ölüm hökmü çıxarılıb. Lakin 1991-ci ildə Ermənistanda ölüm hökmünə moratorium tətbiq edilməsi və 2003-cü ildə bu cəzanın hüquq şəkildə ləğv edilməsi səbəbindən hökm ləğv edilib, cəza ömürlük həbslə əvəzlənib.

Əlavə edək ki, Ermənistanda ilk dəfədir, ömürlük həbsə məhkum edilmiş şəxs vaxtından əvvəl azadlığa buraxılır.

Şərhlər