Avtobusda qətl - 18 il həbs cəzası
13.10.2015 11:38 Sosreaksiya 1915

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə N. Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N. Məmmədov aprelin 8-də 135 saylı sərnişin avtobusunda həyat yoldaşı Fatma Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.
Şərhlər