Yay aylarında doğulanlara şad xəbər

13.10.2015 12:05     Sosreaksiya     1962

Araşdırmaya görə, yay aylarında dünyaya gələn uşaqlar daha ağır çəkiyə, uca boya və sağlam səhhətə sahib olurlar.

Reaksiya.az bunun əsas səbəblərini öyrənmək üçün həkim pediatr Məzahir Hüseynovla əlaqə saxlayıb.

O, yay aylarında dünyaya gələn uşaqların qış aylarında dünyaya gələnlərə nisbətən sağlam olmasının səbəblərini belə açıqlayıb: “Yay aylarında anadan olan uşaqlar havada daha çox olurlar, günəş şüalarının təsirindən bədəndə D vitamini yaranır. O da kalsiumun və fosfat mübadiləsinə yaxşı təsir edir. Amma qış aylarında doğulanlar günəş şüası az qəbul etdiyinə görə D vitamini əmələ gəlmir. Süni olaraq D vitamini ilə təmin olunurlar. 20 günlük ya da 1 aylıq D vitamini qəbul edirlər, süni olaraq kalsium mübadiləsi bərpa olunur”.

Həkim pediatr uşaqların sağlamlığını həm də yay aylarında hamilə qadınların və anaların təbii qidalanması ilə əlaqələndirib.

Qeyd edək ki, britaniyalı alimlər 450 min insanın sağlamlığı haqda məlumatları analiz etdikdən yay aylarında dünyaya gələn uşaqların daha sağlam olduğu qənaətinə gəliblər. Araşdırma haqda “Huliyon” jurnalı yazıb.

Şərhlər