Bakıda ağır qəza - Avtomobil 6 tələbəni vurdu
14.10.2015 00:11 Sosreaksiya 2188

Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub.
Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər. Bu barədə KTM-dən məlumat verilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub:
Rzayev Fərhad (1999)
Qarayev Əhməd Daşqın oğlu (1995)
Səlimov Əhməd Sabir oğlu (1993)
Xəlilova Leyla Sabir qızı (1994)
Eyvazova Məryəm Əsəd qızı (1998)
Ələkbərzadə Cabir Elxan oğlu
Xəstəxanadan xəsarət alanların həyatının təhlükə altında olmadığı bildirilib.
Şərhlər