Xalq şairinin vəziyyəti ağırlaşdı
14.10.2015 01:50 Sosreaksiya 1628

Azərbaycanın xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib.
Söhrab Tahirin qohumlarının verdiyi məlumata görə, şair ürəyində yaranmış problemlə əlaqədar Mərkəzi Neftçilər xəstəxanasına aparılıb.
89 yaşlı şairin vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər