Zalımların aqibəti “Quran” ayələrində

16.06.2015 13:52     Sosreaksiya     2378

Dünya həyatının yeganə ədalətsizliyi zalım və məzlumun bir evdə yaşamasıdır.Bu evdə ata-qızını, əmi-qardaşı qızını , qardaş bacısını, qonşu digər qonşunun 5 yaşlı körpə qızını təcavüzə məruz qoyması kimi bir çox ədalətsizliklər höküm sürür.

Bəs əbədi dünyanın ədaləti nədədir?Əbədi dünyanın ədaləti onun iki hissəyə bölünməsindədir.Cənnət və cəhənnəmə.Məzlumlar və günahsızlar cənnətdə, Zalımlar və günahkarlar isə cəhənnəmdə olarlar.Bəs onları cəhənnəm evində nələr gözləyər?

Bunu islamın ən ali kitabı və konsitutsiyası olan ‘Quran’  bu cür izah edir:

Od onların hər tərəfini bürüyər,orada onların ah-nalələri və fəryadları eşidilər.(“Furqan” 13,14 “İnşiqaq” 11)

Su  istədikdə onlara qaynar su verilər(“Ənam” 70. “Yunus” 4. “Kəhf”29)

Onların yeməkləri zəqqum ağacındandır.Bu ağac oddan bitir .Onu yeyərkən onların içərisi yanır.(“Saffat” 62-66. “sad” 57)

Cəhənnəmlilərin paltarları qara və yapışqandır.Onlar günahkar şeytanlar və cinlərlə birgə olarlar və bir-birlərinə lənət və nifrin göndərərlər.( “ibrahim” 17. “Taha” 74. “Fatir” 36. “Əraf” 38,39 və s)

Onlar Allahdan üzr diləmək istədikdə, Allah tərəfindən: “uzaqlaşın və sakit olun” əmri gələr və onları susdurar.(“möminun” 108 “rum” 57 “mürsəlat” 35,36)

Sonra onlar cəhənnəmin gözətçilərinə deyərlər:  Rəbbinizi çağırın bu əzabı heç olmasa bir gün bizdən yüngülləşdirsin.  Gözətçilər deyerlər: Məgər peyğəmbərlərimiz sizə dünyada aydın delil gətirmirdilər? onlar deyerlər: “Bəli” Gözətçilər deyərlər: Allahı özünüz çağırın.(“Ğafir” 49.50)

Cənnət əhli onlardan soruşar: Nə üçün bədbaxt oldunuz və cəhənnəmə düşdünüz?Deyerlər; biz namaz qılmır vəAllaha ibadət etmirdik.Fəqirə və yoxsula əl tutmazdıq.Batil əhli ilə birlikdə bihudə işlərə dalardıq.Qiyamət gününü inkar edərdik.(“müddəssir” 39.47)

Onlar şeytana deyərlər: Sən bizi yolumuzdan azdırdın.Şeytan cavab verər:Allahın haqq vədini qəbul etmədiniz .Mənim yalan vədimə inandınız.İndi özünüzü məzəmmət edin.Bu gün heç birimiz digərinə köməy edə bilməyəcəyik.(“ibrahim”22)

Beləliklə onlar əbədi olaraq əzabda qalacaqlar.(“Bəqərə” 39,81,162,217,257,275 “Ali –İmran” 88,116 “Nisa”  169 və s.)

Quranın umumilikdə bir çox ayələrində zalımların aqibəti açıq aşkar öz əksini tapmışdır.

Qeyd: Allah kimsəni qorxutmur,Allah sadəcə zalımların aqibətini Quran Ayələrində açıqlayır.

 

Arzu Həsənzadə

Reaksiya.az

Şərhlər

Çox oxunanlar