Azərbaycandan Rusiyaya aparılan zərərli məhsulun qarşısı alınıb

14.10.2015 05:23     Sosreaksiya     1550

Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin əməkdaşları qadağan olunmuş 55 ton məhsulun ölkəyə gətirilməsinin qarşısını alıblar.

Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 19 ton alma, 20 ton tütün, 10 ton nar və 6 ton xurma sərhəddə saxlanılıb.

Məhsulların saxlanmasına onlarda insan sağlamlığı üçün təhlükəli maddələrin mövcudluğu səbəb gətirilib.

Məhsulun bir hissəsi Azərbaycandan aparılıb. Rusiya Federasiyası qanunlarına əsasən, bütün yüklər gətirilən ölkələrə geri qaytarılıb. 

Şərhlər