Azərbaycanda qatar yandı - Hadisə
16.06.2015 14:53 Sosreaksiya 1817

Yanğın Şəmkir rayonunda yük qatarında qeydə alınıb.
"Reaksiya.az" - ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) qeydə alınıb.
Şəmkir-Qazax istiqaməti ilə hərəkətdə olan 35 vaqondan ibarət yük qatarının bir vaqonunda yanğın baş verib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə xidmətinin əməkdaşları, yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Vaqonun qalan hissəsi və digər qatarlar yanğından mühafizə olunub. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Şərhlər