Milli Ordumuz ermənilərə 88 atəş zərbəsi endirdi

14.10.2015 09:21     Sosreaksiya     1780

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində 60 millimetrlik minaatanlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.

Şərhlər