Söhrab Tahirdən xəbər var
14.10.2015 10:57 Sosreaksiya 1796
Xəbər verildiyi kimi, dünən 89 yaşlı xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib.
Reaksiya.az-a xalq şairinin hazırki sağlamlıq durumu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədrinin köməkçisi Rauf Aslanov açıqlama verib.
O, şairin vəziyyətinin hazırda stabil olduğunu bildirib: “Dünən 39 dərəcə qızdırma ilə xəstəxanaya aparılıb, həkimlər infarkt olmasından şübhələnsə də sonradan ürəyində problem olmadığı müəyyənləşib. Zökəm olduğu üçün boğulma verib. Dünən axşam özü ilə də danışmışam, hazırda vəziyyəti yaxşıdır”.
R. Aslanov bu gün səhər şairin həkimi ilə əlaqə saxladığını və günorta şairin evə buraxılma ehtimalının olduğunu söyləyib.
Şərhlər