Millət vəkili Fateh Terimlə fotosunu paylaşdı

14.10.2015 11:02     Sosreaksiya     1753

Millət vəkili Qənirə Paşayeva Türkiyə millisini AVRO-2016-nın seçmə qrup mərhələsində finala vəsiqə qazanması münasibətilə təbrik edib.

Reaksiya.az xəbər verir ki, facebookda Türkiyə yığmasının baş məşqçisi Fateh Terimlə fotosunu paylaşaraq qardaş ölkənin komandasına daha böyük uğurlar arzulayıb:

“Qardaş Türkiyə milli komandasını, Türkiyə futbolunun əfsanəvi adlarından dəyərli qardaşımız Fatih Terimi ürəkdən təbrik edirəm. Qardaş Türkiyəyə bu ağrılı günlərdə sevinc yaşatdıqları, hər kəsi onun ətrafında birləşdirə bildikləri üçün təşəkkürlər və daha böyük uğurlar”.

“Millət vəkili Fateh Terimlə fotosunu paylaşdı

Şərhlər