Seçki bülletenlərinin çapına başlanıldı
14.10.2015 11:34 Sosreaksiya 1923
Parlament seçkiləri ilə əlaqədar Milli Məclis Aparatının mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, 125 dairə üzrə ümumilikdə 5 milyon 344 min 431 ədəd bülleten çap olunacaq.
Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanıb. Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni oktyabrın 22-də yekunlaşacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq.
Şərhlər