"Günelin qardaşlarından marixuana götürülüb" - DİN

14.10.2015 12:01     Sosreaksiya     2020

Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar:

“Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.

Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”.

Şərhlər