"Bu, seçiciləri çaşdırır" - Məzahir Pənahov

14.10.2015 12:05     Sosreaksiya     1894

“Dünənə qədər deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, təqribən 1000 ətrafında deputatlığa namizəd qalıb”.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M.Pənahov qeyd edib ki, MSK bülletenlərin çapı zamanı namizədliyini geri götürmüş deputatlığa namizədlərin adlarının seçki bülletenlərində yer almamasına çalışır, çünki bu, seçiciləri də çaşdırır:

“Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstərişlər vermişik”.

Şərhlər