Bakıda məcburi köçkün qətlə yetirilib
16.06.2015 15:01 Sosreaksiya 1411

"Reaksiya.az" - ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Xətai rayonu ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
Ağdam rayonundan məcburi köçkün olan, 1960-cı il təvəllüdlü Xoştərov Malik Abdulla oğlu aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən M. Xoştərov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər