MTRŞ daha 3 kanala xəbərdarlıq etdi

14.10.2015 13:21     Sosreaksiya     1846

2015-ci ildə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarına görə telekanallar barəsində 16 halda inzibati tənbeh tədbiri tətbiq edilib. MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, bunlardan 3-ü xəbərdarlıq, 13-ü isə cərimə sanksiyası olub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, T. Məmmədovun sözlərinə görə, bu il “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozduqlarına görə  “Lider TV və Radio Azərbaycan” MMC, “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Teleradio Şirkəti”nə xəbərdarlıq elan edilib.

Aparat rəhbəri qeyd edib ki, inzibati icraat üzrə isə 3 qərar qəbul olunub.

Şərhlər