Regionlarda gənclərin düzgün dini maarifləndirilməsi mövzsunda müzakirə - FOTOLAR

16.06.2015 14:56     Sosreaksiya     2747

04 - 12 iyun 2015 – ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Bizim Nəsil” Gənclərin regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Daşkəsən, Qazax və Quba regionlarında “Gənclərin düzgün dini maarifləndirilməsi” mövzsunda ictimai müzakirələr keçirilib. Layihənin məqsədi Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyllərin öyrənilməsi, dəyərləndirilməsi, bu meyllərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, kompleks tədbirlərin effektini daha da artırmaq üçün müvafiq qurumlara təkliflərin verilməsidir.

Layihə çərçivəsində Daşkəsən, Qazax və Quba yerli İcra Hakimiyyətləri yanında Dini İşlər üzrə Komissiyalar, yerli idarəetmə orqanları, rayon Ağsaqqallar Şurası, Gənclər və İdman İdarələri, yerli mətbuat orqanları, ziyalılar, təhsil işçiləri, dini icma nümayəndələri, regionun din xadimləri ilə görüşlər çərçivəsində ictimai müzakirələr aparılıb, gənclərin radikal cərəyanlara meyllənməsi barəsində fikir mübadiləsi həyata keçirilib, təkliflər səsləndirilib. Vətəndaş cəmiyyəti quruculuğunda dindar kəsimin fəal iştirakının təmin edilməsi, dindarların cəmiyyətə inteqarasiyasının sürətləndirilməsi, dindarların özlərini cəmiyyətdən və dövlətdən kənar hiss etmə kompleksinin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin aparılması vacibliyi də vurğulanıb. İctimai televiziyanın “Din və Cəmiyyət “ verlişinin müəllifi, tanınmış ilahiyyatçı Natiq Rəhimov məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb.

Müzakirə olunan əsas mövzular arasında Azərbaycanda tolerantlıq mühiti: nailiyyətlər və çatışmazlıqlar; vətəndaş cəmiyyəti quruculuğunda dindar kəsimin fəal iştirakının təmin edilməsi, dindarların cəmiyyətə inteqarasiyasının sürətləndirilməsi; radikal dini cərəyanların təbliğatında gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər - radikal dini qrupların təbliğatına qarşı dini icmalarla, dövlət orqanları və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi; düzgün dini maarifləndirmə və mətbuat kimi mövzular yer tutub.

İctimai müzakirələr zamanı valideynlərlə, vətəndaş cəmiyyətinin nümayəndələrinin, dini icma nümayəndələinin birgə səyləri ilə məktəbli və tələbələrin qeyri - ənənəvi, yad dini qrupların təbliğatına qarşı atla biləcək addımlar, düzgün dini maarifləndirmə sahəsində aparılacaq işlər də müzakirə olunub. Bu istiqamətdə müxtəlif qurumların səylərinin birləşdirilməsi məqsədəuyğun hesab olunub.

İştirakçılara müxtəlif nəşr paylama materialları da təqdim olunub.

Daşkəsən, Qazax və Quba regionlarının hər birində 2 gün ərzində keçirilən ictimai müzakirələrdə 450 nəfər gənc, Dövlət və ictimaiyyət nümayəndələri iştirak edib. 

Şərhlər

Çox oxunanlar