"Bakı Metropoliteni" sabah sərgi keçirəcək - Keçiddə

14.10.2015 14:08     Sosreaksiya     1835

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəsini həyata keçirir.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev yayıb.

Məlumata görə, "Nəriman Nərimanov" stansiyasının keçidlərində dünyaca məşhur rəssamların müxtəlif muzeylərdə sərgilənən əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərginin açılışı 15 oktyabr 2015-ci il tarixində saat 11:00-da baş tutacaq. 

Şərhlər