İŞİD-lə döyüşdə daha 2 İran generalı həlak oldu
14.10.2015 14:11 Sosreaksiya 1901
Suriyada döyüşlərdə daha iki İran generalı ölüb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, öldürülən general-mayor Fərşad Hasunizadə və briqada generalı Həmid Muxtarbənd Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində vuruşub.
Hadisənin oktyabrın 12-də baş verdiyi deyilir. Generalların dəqiq harada həlak olması barədə məlumat verilmir. Hər iki hərbçinin yalnız Suriyada İŞİD əleyhinə döyüşdükləri açıqlanır.
“Reuters” məlumat yayıb ki, Suriyanın hökumət qoşunları İranın, şiə qruplaşması olan “Hizbullah”ın və Rusiya aviasiyasının köməyi ilə Hələb şəhərinə genişmiqyaslı hücum etməyi planlaşdırır. Suriya ordusunun minlərlə SEPAH əsgəri ilə gücləndirildiyi deyilir.
Qedy edək ki, oktyabrın 8-də Hələb yaxınlığında İran generalı Hüseyn Həmədaninin öldürüldüyü açıqlanıb.
Şərhlər