"Qarabağ müharibəsi əlillərinin müavinətləri artırılsın" - Təklif

14.10.2015 14:44     Sosreaksiya     1922

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Qarabağ müharibəsi əlillərinin müavinətlərinin artırılması və eşitmə qabiliyyəti olmayan uşaqlara kömək edilməsi üçün bir sıra təkliflər irəli sürüb.

Reaksiya.az xəbər verir ki, millət vəkili uşaqların eşidə bilməsi üçün dövlət tərəfindən pulsuz kokulyar implantasiya əməliyyatının aparılması təklifi ilə çıxış edib.

O, Qarabağ müharibəsi əlillərinin müavinətlərinin artırılaraq pensiyalar qədər olmasını bildirib:

"Mən Sosial siyasət komitəsinin sədr müavini M.Quliyevin də bu istiqamətdə təkliflərini dəstəkləyərək bildirmək istəyirəm ki, müharibə illərində iş stajı olmayan və ya az olan yüzlərlə gənc insanımız döyüşlərdə sağlamlığını itirib və yaxşı olardı ki, müavinətlərin məbləği də pensiyalar həddinə çatdırılsın. Bu, həmin insanlara böyük dəstək olacaq”.

Millət vəkili Qənirə Paşayeva anadangəlmə eşitmə qüsurlu uşaqların əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib:

"Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var. Biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq".

Şərhlər