Ankara qətliamının balaca şahidi ifadə verdi
14.10.2015 16:22 Sosreaksiya 2132
Türkiyəni qana boğan Ankara qatar vağzalı qarşısındakı canlı bomba hücumundan sonra sürpriz bir şahidin irəli sürdüyü iddialar ortaya çıxıb.
Reaksiya.az xəbər verir ki, partlayışlardan dərhal sonra hadisə yerində ağlayan 15 yaşlı qız polisə canlı bombaları vağzal sahəsindəki məscidin əlüzyuyan yerində gördüyünü deyib.
O, gördüyü adamların başlarında örtük olduğunu vurğulayıb: “Yanımda olan dostum da ilk partlayışda parça-parça oldu”.
Psixoloji durumu yaxşı olmadığı müşahidə edilən kiçik qız izahatlarında ziddiyyətli danışsa da polisə lazım olan informasiyanı verib.
Onun fikrincə, əlüzyuyan yerindən bayıra çıxan 2 örtülü qadın kürd və Azərbaycan dillərində danışırmış.
Qeyd edək ki, hadisə zamanı 97 nəfər ölüb, 500 nəfərə yaxın insan yaralanıb.
Şərhlər