Qənirə Paşayeva nazirlə seçicilərin görüşünə getdi
14.10.2015 16:38 Sosreaksiya 1890
Millət Vəkili Qənirə Paşayeva kənd təsərrüfatı naziri Heydər Əsədovla birlikdə Tovuzun Əyyublu kəndində seçicilərlə görüş keçirib.
Reaksiya.az xəbər verir ki, millət vəkili və nazir görüş zamanı kəndlilərin problemləri ilə tanış olublar.
Q. Paşayeva kəndlilərin problemlərinin həlli üçün Heydər Əsədovla geniş müzakirələr apardığını bildirib: “Kəndlilərin kəpənəyə bənzər bir canlının kartof başda olmaqla bəzi tərəvəz məhsullarına böyük zərər vurması, dərmanların təsirsiz olması, məhsulların xarab olması ilə bağlı ciddi problemləri var. Heydər Əsədov əslində problemin kökündə bir sıra digər səbəblərin də olduğunu dedi və təcili nazirliyin mütəxəssislərindən ibarət komissiyanın Tovuza getməsi tapşırığını verdi. Tovuz sakinlərimiz rayon icra hakimiyyətinə və ya nazirliyin rayondakı təmsilçilərinə müraciət edərək Kənd Təsərrüfatı Nazirliyindən gələn komissiyaya bu istiqamətdə üzləşdikləri problemləri söyləyə biləcəklər. Onlara müəyyən dəstək və yardımlar göstəriləcək”.
Şərhlər