Canlı bombanın atası danışdı - "İndi mən nə edəcəyəm?"
14.10.2015 16:59 Sosreaksiya 2174
Ankara qətliamındakı ikinci canlı bomba olduğu irəli sürülən Ömər Dəniz Dündarın atası danışıb.
Reaksiya.az xəbər verir ki, o, “Mən oğlum haqda polisə şikayət etdim və bunu alın, həbsxanaya atın” sözlərini qeyd edib.
Ankara qətliamını Yunus Əmrə Alagözlə birlikdə həyata keçirdiyi irəli sürülən Ömər Dəniz Dündarın 2013-cü ildə Suriyaya getdiyi, 2014-cü ildə Türkiyəyə gəldiyi, Türkiyədə 8 ay qaldıqdan sonra yenidən Suriyaya qayıtdığı ortaya çıxıb.
“Radikal”a danışan ata M.D. "Mənim oğlum belə bir şey edə bilməz” deyib:
“Onu Suriyadan geri gətirmək üçün dəfələrlə polisə getdim. Oğlum 2014-cü ildə Adıyamana gəldi. 8 ay yanımda qaldı. Mən oğlumdan polisə şikayət etdim. Onlara “Bunu alın, həbsxanaya atın” dedim. İfadəsi alındıqdan sonra oğlum sərbəst buraxıldı. 8 ay sonra Suriyaya getdi. Ömər Dəniz evli idi, bir uşağı vardı. Səkkiz aydır ki, heç danışmırdıq. İndi mən nə edəcəyəm? Oğlum belə bir təcavüz etdiyinə dair polisdən mənə heç bir məlumat verilməyib".
Şərhlər