Zaqatalada dəhşətli cinayət - məktəbli qətlə yetirildi

15.10.2015 03:09     Sosreaksiya     2425

Zaqatalada çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilən məktəblinin kimliyi məlum olub.

Zaqatalada məktəbli bıçaqlanaraq qətlə yetirilib.

Reaksiya.az-ın verdiyi məlumata görə, hadisə bu gün 21 radələrində Zaqatala şəhəri, Vidadi küçəsində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadənin olduğu məlum olub.

Aparılan araşdırma zamanı məlum olub ki, Əsədzadəni  Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbləri Zaqatala rayon prokurorluğu tərəfindən araşdırılır. 

Şərhlər