Metropolitendən vətəndaşlara - XƏBƏRDARLIQ

15.10.2015 05:22     Sosreaksiya     1696

Sabahdan “Nizami” metro stansiyasının eskalatorlarından biri əsaslı təmirə dayandırılır.

Reaksiya.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, 2015-ci ilin təmir planına uyğun olaraq, “Nizami” stansiyasının 1 saylı eskalatoru oktyabrın 15-dən əsaslı təmirə dayandırılır.

Qeyd edək ki, Bakı Metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.

1 saylı eskalator 2016-cı il fevralın 10-da yenidən istismara veriləcək.

Şərhlər