“Azəriqaz”da kadr islahatı - Sədr müavini işdən çıxarıldı
15.10.2015 05:46 Sosreaksiya 1818
Reaksiya.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Qamət Məmmədovun işdən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar göstərilir.
Məlumatda deyilir ki, müvafiq qərar “Azəriqaz” İB-nin oktyabrın 10-da keçirilən iclasında verilib.
Qamət Məmmədov əvvəllər Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi işləyib. “Azəriqaz” sədrinin müavini vəzifəsinə 4 il əvvəl təyin olunmuşdu.
Şərhlər