3 yaşlı qız yandı - Tovuzda

15.10.2015 10:08     Sosreaksiya     2071

Tovuzda 3 yaşlı qız yanıq xəsarəti alıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, rayonun Alakol kənd sakini, 2012-ci il təvəllüdlü Zəhra Abbasova bədənin müxtəlif hissələrinin yanığı xəsarətləri ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Uşağa dərhal tibbi yardım göstərilib.Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, azyaşlı evdə qaynar su olan su qabını üzərinə aşırıb və yanıq xəsarətləri alıb.

Şərhlər